Futbol üzrə Azərbaycan 1-ci Liqasına yüksələn daha bir klubun adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, 2-ci Liqasının 23-cü turundan sonra "Şimal" bu hüququ əldə edib.
Xaçmaz klubu səfərdə "Lerik"ə 4:2 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra 52 xal toplayan "Şimal" sonra 3 tur qalmış ən yaxın izləyicisi "Hypers Quba"nı 10 xal qabaqlayıb.
Qeyd edək ki, bundan əvvəl "Şahdağ Qusar" və "Şəfa" 1-ci Liqaya vəsiqə qazanmışdı.
İdman.biz