Ramil Şeydayevi texniki qələbə gözləyir

Xəbərlər
15 Aprel 2024 20:49
Ramil Şeydayevi texniki qələbə gözləyir

Azərbaycanlı futbolçu Ramil Şeydayev çıxış etdiyi “Kocaelispor”a texniki qələbə verilə bilər.

İdman.biz xəbər verir ki, buna səbəb “Giresunspor”un adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxmasıdır.

Türkiyə 1-ci Liqasının 29-cu turunda “Kocaelispor”un 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada rəqib komanda səhvə yol verib. Matçın 85-ci dəqiqəsində giresunluların heyətində Furkan Arda Kabaca meydana daxil olub. Onun adı sifariş ərizəsində olmadığı üçün “Giresunspor” 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev matçın 8-ci dəqiqəsində hesabı açıb. Bu, Azərbaycan yığmasının forvardının komandanın heyətində ilk qolu olub.

İdman.biz