Cəlalın komandası xal itirib

Xəbərlər
29 Aprel 2024 21:21
Cəlalın komandası xal itirib

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Arda” Konfrans Liqası Qrupunda ilk görüşünü keçirib.

Cəlalın komandası səfərdə “ÇSKA 1984”lə heç-heçə oynayıb. “Arda” qələbə hesabını qoruya bilməyib – 1:1. Hüseynov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Karcali klubu 40 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz