“Sabah”ın baş məşqçisi: “Çox kobud səhv etdik”

Xəbərlər
6 Aprel 2024 19:02
155
“Sabah”ın baş məşqçisi: “Çox kobud səhv etdik”

"Turan Tovuz"u təbrik edirəm, layiqli qələbə qazandı”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz”a 0:2 hesablı məğlubiyyəti şərh edib: “Bilirdik ki, rəqib evdə yaxşı çıxış edir. İlk hissədə onun oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu, alınmırdı. Sadə oynamaq lazımdır. Biz isə çətinə gedirdik”.

Renduliç növbəti dəfə komandanın əsas hədəfinin 2-ci yeri tutmaq olduğunu bildirib: “Əsas hədəf 2-ci yeri tutmaqdır. Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdur. Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı”.

Qeyd edək ki, “Sabah” 40 xalla 5-ci pillədə qərarlaşıb.

İdman.biz