Lunyov Bakıda nə qədər xərcləyir?

Xəbərlər
28 Mart 2024 23:29
Lunyov  Bakıda nə qədər xərcləyir?

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Bakıdakı aylıq xərcləri məlum olub.

İdman.biz xəbər verir ki, o, bu barədə Rusiya mətbuatında danışıb.

Rusiyalı qapıçı Azərbaycanda aylıq təxminən 4000-5000 min avro xərclədiyini bildirib: “Belə deyək, minyarım mənzilə ödəyirəm. 1000 avtomobil üçün lazımdır. Uşağın bağçasına az gedir. Benzin xərcləri normaldır. Bütün məbləği dəqiq söyləmək çox çətindir. Aylıq xərcim təxminən 4000-5000 avrodur”.

Qeyd edək ki, Lunyov ötən ilin avqustunda “Qarabağ”a keçib. Rusiyalı qapıçının müqaviləsi yayda bitəcək.

İdman.biz