Renatın qolu “Hatayspor”u xilas etməyib

Xəbərlər
27 Aprel 2024 22:09
Renatın qolu “Hatayspor”u xilas etməyib

Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, o, “Başakşəhər”lə oyunda “Hatayspor”un yeganə topuna imza atıb.

Superliqanın 34-cü turunda Hatay klubu öz meydanında uduzub. Renatın komandası 1:2 hesabı ilə məğlub olub. 64-cü dəqiqədə meydana daxil olan Dadaşov 9 dəqiqə sonra fərqlənib. Amma bu top “Hatayspor”u məğlubiyyətdən xilasına kömək etməyib.

Son 4 turda uduzan Volkan Demirelin komandası 33 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat sonuncu dəfə ötən il noyabrın 25-də qol vurmuşdu. O, “İstanbulspor”a 1:2 hesablı məğlubiyyətdə fərqlənmişdi.

İdman.biz