Rahildən ağır məğlubiyyət

Xəbərlər
27 Aprel 2024 19:29
Rahildən ağır məğlubiyyət

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, LKS 30-cu turda səfərdə “Qurnik”ə uduzub.

Rahilin 90 dəqiqə meydanda olduğu qarşılaşma rəqib komandanın 4:1 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Ardıcıl 2-ci oyunda uduzan Lodz təmsilçisi 21 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Məmmədovun komandası növbəti turda evdə “Slask”la qarşılaşacaq.

İdman.biz