Diniyevli “Ümraniyəspor” 3 xala sevinib - VİDEO

Xəbərlər
17 Mart 2024 20:21
461
Diniyevli “Ümraniyəspor” 3 xala sevinib - VİDEO

Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyədə növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, o, “Ümraniyəspor”un heyətində 1-ci Liqada “Adanaspor”a qarşı meydana çıxıb.

Start heyətində yer alan Coşqun 3 xala sevinib. Onun komandası öz meydanında 2:0 hesabı ilə qalib gəlib. Ümraniyəlilər qələbə toplarını son dəqiqələrdə vurublar.

Qeyd edək ki, 27 turdan sonra 33 xal toplayan 11-ci pillədə yer alıb.

İdman.biz

Məqalədə: