Vadim Vasilyevin son durumu: “Zamana ehtiyacım var, məşqçi olmaq istəyirəm” - FOTO - VİDEO

Xəbərlər
12 Mart 2024 12:58
Vadim Vasilyevin son durumu: “Zamana ehtiyacım var, məşqçi olmaq istəyirəm” - FOTO - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev müalicəsini ev şəraitində davam etdirir.

52 yaşlı ölkə çempionunun qonağı olan İdman.biz TV onun hazırkı durumu ilə maraqlanıb, veteran hücumçunun fikirlərini öyrənib.

Fevralın əvvəlində insult keçirən Vasilyev hər şeyə müalicəsindən sonra aydınıq gələcəyini bildirib. Onun sözlərinə görə, durumu yavaş-yavaş qaydasına düşür. Veteran futbolçu yenidən həkim müayinəsinə gedəcəyini, tam sağalmağı üçün zamana ehtiyacının olduğunu da deyib.

Vasilyev, həmçinin ölkə futbolunu izləməsindən, "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə şansından danışıb, millidə görmək istədiyi baş məşqçinin adını açıqlayıb.

Videonu təqdim edirik.

Banuçiçək Hüseynli
İdman.biz