Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında uğursuz oyunlar seriyasına son qoyub.
İdman.biz xəbər verir ki, onun qapısını qoruduğu “Adana Dəmirspor” 11 matçdan sonra qələbə qazanıb.
Superliqanın 27-ci turunda start heyətində Şahruddin komandanın qələbəsində böyük rol oynayıb. Qarşılaşma “Adana Dəmirspor”un 1:0 hesablı uğuru ilə yekunlaşıb.
Qeyd edək ki, 35 xalla 9-cu pillədə yer alıb.
İdman.biz