Şahruddinin qələbə həsrəti 10 matça çıxıb

Xəbərlər
25 Fevral 2024 20:38
Şahruddinin qələbə həsrəti 10 matça çıxıb

“Adana Dəmirspor”un Türkiyə Superliqasında uğursuz çıxışı davam edir.

İdman.biz xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu komandanın qələbəsiz seriyası 10-a yüksəlib.

“Trabzonspor”un qonağı olan Adana təmsilçisi 0:1 hesabı ilə uduzub. Qarşılaşmada vurulan yeganə qolun müəllifi 21-ci dəqiqədə Trezege olub. Ötən turda səhvlərlə yadda qalan və fasilədə əvəzlənən Şahruddin bu dəfə etibarlı oyunu ilə yadda qalıb.

Qeyd edək ki, 27 turdan sonra 32 xal toplayan “Adana Dəmirspor” 12-ci pillədə qərarlaşıb.

İdman.biz