“Zirə”nin 10 oyunluq seriyası bitib, "Qarabağ"dan 18 xallıq fərq - VİDEO

Xəbərlər
25 Fevral 2024 20:50
731
“Zirə”nin 10 oyunluq seriyası bitib, "Qarabağ"dan 18 xallıq fərq - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının XXIV turuna iki oyunla yekun vurulub.

İdman.biz xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutub.

Günün ilk oyununda "Araz-Naxçıvan" öz meydanında "Zirə"yə böyük hesabla uduzub. Son 10 oyunda qələbə qazana bilməyən Rəşad Sadıqovun yetirmələri uğursuz seriyaya son qoyublar. Qonaq komanda 3:0 hesabı ilə üstün olub.

Tur "Qarabağ" – "Sumqayıt" görüşü ilə başa çatıb. Çempion bu mövsümdə üçüncü dəfə "Gənclik şəhəri" təmsilçilərinə qalib gəliblər. Qurban Qurbanovun yetirmələri rəqib qapısından 2 cavabsız top keçiriblər. Bu qələbədən sonra Ağdam klubu ən yaxın izləyicisi ilə xal fərqini 18-ə yüksəldib.

Qeyd edək ki, turun ilk 3 oyununda "Kəpəz" "Qəbələ"yə (2:1), "Səbail" "Sabah"a (2:0) qalib gəlib, "Turan Tovuz" – "Neftçi" (1:1) görüşü isə heç-heçə başa çatıb.

XXIV tur
25 fevral (bazar)
16:30. "Araz-Naxçıvan" – "Zirə" - 0:3
Qollar:
Vanderson Melo, 20 (öz qapısına). Rəhim Sadıxov, 74. Rafael Utziq, 77
Baş hakim: Rauf Allahverdiyev
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Liv Bonadea Arena"

19:00. "Qarabağ" – "Sumqayıt" - 2:0
Qollar:
Adama Diakabi, 52. Yassin Benzia, 83
Baş hakim: Nicat İsmayıllı
"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov
Tofiq Bəhramov adına Respublika stadionu

1

Qarabağ

23

17

3

3

57-20

54

2

Sumqayıt

24

9

9

6

23-27

36

3

Neftçi

24

10

6

8

27-22

36

4

Zirə

24

9

8

7

17-13

35

5

Səbail

24

9

7

8

36-35

34

6

Turan Tovuz

24

8

7

9

37-34

31

7

Sabah

24

8

7

9

33-30

31

8

Araz-Naxçıvan

24

8

7

9

26-31

31

9

Kəpəz

24

6

5

13

22-41

23

10

Qəbələ

23

4

3

16

16-41

15

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 15 qol, Aleksandr Ramalinqom ("Səbail") - 11 qol, Yassin Benzia ("Qarabağ"), Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol

İdman.biz