Rəşad Sadıqov: "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov…”

Xəbərlər
18 Fevral 2024 20:53
656
Rəşad Sadıqov: "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov…”

“Oyuna çox yaxşı başlamışdıq. Sadəcə, top itkisi baş verdi və rəqib də boşluqdan istifadə etdi. “Neftçi”nin ilk hücumu qolla nəticələndi”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”yə 0:1 hesablı məğlubiyyətdən sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını vurğulayıb. Sadıqov sayılmayan qola da münasibət bildirib: “Ən azından məğlub olmamalıydıq. Qollarımız qeydə alınsaydı, qol epizodlarından istifadə etsəydik... Bu mövsüm "Neftçi" ilə oyunlarda fantastik epizodlar qaçırırıq. Çox ciddi şanssızlıqlar yaşayırıq.
Sayılmayan qolda mənə görə foul yoxdur. Çünki topa oynayan Qismət Alıyevdir. O, topa oynayır və rəqib ayağını qoyur Qismətin ayağının altına. Bəs Qismət ayağını hara qoymalıdır, uçmalıdır? Kilan Lebon öz ayağını onun ayağının altına qoydu. Əsas sualım odur ki, bu qol bizim qapıya vurulsaydı, VAR-dakı Rəşad Əhmədov əsas hakimi çağıracaqdı ya, yox? Başqa sualım yoxdur. "Sabah"la matçda Rəşad Əhmədov, "Səbail"lə görüşdə Rəşad Əhmədov, bu gün Rəşad Əhmədov... Korner vəziyyətindən qapımıza qol vuruldu ha, o qol bizim qapımıza olsaydı, qeydə alınacaqdı. Bizdə kompüter sistemi o səviyyədə deyil. Xətti əllə çəkirlər. Bir az qabağa, bir az geriyə çəkirsən, vəssalam, iş bitir. VAR-a çağırırsansa, baş hakimin beynini çalxalandırırsan”.

“Zirə”nin baş məşqçisi 10 oyunda niyə qələbə qazana bilmədiklərinə aydınlıq gətirib: “Hücum xəttinin məhsuldarlığı aşağıdır. Bu gün Orxan Əliyev, Aleksandr Ramalinqom təkbaşına, bizim hücumdakı oyunçuların hamısından çox qol vurubsa, aydın məsələdir ki, məhsuldarlığımız aşağıdır. 22 tur ərzində qol vurmayan hücumameyilli oyunçularımız var, məhsuldar ötürmə etməyən oyunçularımız var. Son fazada çox yalnış qərarlar veririk. Əsas problemimiz də odur. Tələsirik, sağa vermək lazımdır, sola ötürmə veririk. Hakimlərin səhvi də elə bir tərəfədir də”.

Qeyd edək ki, son 10 oyunda qələbə qazana biilməyən “Zirə” 32 xalla 4-cü pillədə yer alıb.

İdman.biz