Azərbaycan yığmasının futbolçusu Türkiyə Superliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” öz meydanında “Sivasspor”la qarşılaşıb.
Renatın komandası rəqibin müqavimətini qıra bilməyib. Oyunda hesabı qonaqlar açsalar da, fasilədən sonra hataylılar bərabərlik topunu vurublar. “Hatayspor”un bundan artığına gücü çatmayıb. Start heyətində yer alan Renat 64 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası 26 turdan sonra 29 xalla 12-ci pillədə qərarlaşıb.
İdman.biz