“Qarabağ”da yeni təyinat

Xəbərlər
17 Fevral 2024 15:39
139
“Qarabağ”da yeni təyinat

"Qarabağ"da yeni təyinat rəsmiləşib.

Klubdan İdman.bizə verilən məlumata görə, Nail Kərimov ağdamlıların futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Kərimovun son iş yeri "Qəbələ" İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

İdman.biz