Vüsalla Ramilin duelində sülh

Xəbərlər
11 Fevral 2024 18:56
Vüsalla Ramilin duelində sülh

Türkiyə 1-ci Liqasının 22-ci turu azərbaycanlı futbolçuların dueli kimi yadda qalıb.

İdman.biz xəbər verir ki, Vüsal İsgəndərli ilə Ramil Şeydayev üz-üzə gəlib.

“Boluspor” – “Kocaelispor” qarşılaşmasında qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində tərəflər hərəyə bir qol vurublar. Qonaq komanda hesabı açsa da, meydan sahibləri “status-kvo”nu bərpa ediblər. Start heyətində yer alan Vüsal 62-ci, Ramil isə 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Kocaelispor” 43 xalla 3-cü, “Boluspor” isə 33 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz