“Yetər! Yetər! Yetər! Biz haqqımızı harada axtaraq”.
İdman.biz xəbər verir ki, bunu Şahruddin Məhəmmədəliyev çıxış etdiyi “Adana Dəmirspor”un prezidenti Murat Sancak deyib.
Hakimlər barəsində danışan Sancak Türkiyə Futbol Federasiyasını istefaya çağırıb: “Hakimlər Türkiyə Futbol Federasiyasına qarşı əməliyyat keçirirlər. Ümid edirəm, bunu fərqindəsiniz. Hakimlər olan dəstəni çökürdə bilmirsinizsə, istefa verin. Buradan federasiya prezidenti Mehmet Büyükeşkiyə səslənirəm. Daha bəsdir. Ya bu problemləri həll edin, ya istefa verin. Ötən turda qırmızı vərəqə verməyən, ofsayt olmayan vəziyyətdə bayraq qaldıran hakimlərə hansı cəza verdiniz? Hədiyyə olaraq, növbəti tura təyin etdiniz. Mən də cəza almışam. Mənə hədiyyə olaraq, nə verəcəksiniz?”.
Qeyd edək ki, 8 oyundur qələbə qazana bilməyən “Adana Dəmirspor”un rəhbərliyi hakimlərin ədalətsizliyi ilə üzləşdiyini iddia edir.
İdman.biz