Şahruddin 3 qol buraxıb

Xəbərlər
10 Fevral 2024 00:23
191
Şahruddin 3 qol buraxıb

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında ardıcıl üçüncü dəfə meydanı məğlub tərk edib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” 25-ci turda öz meydanında “Kasımpaşa”ya uduzub.

Start heyətində yer alan Şahruddin topu 3 dəfə qapısından çıxarmalı olub. Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. Məhəmmədəliyevin komandasının qələbəsiz oyunlar seriyası 8-ə yüksəlib. Hesabında 31 xal olan "Adana Dəmirspor" 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Adana klubu 26-cı turda “Alanyaspor”un qonağı olacaq.

İdman.biz