“Qalatasaray” rəsmisi “Qarabağ”ın oyununda: Kimi izləyir?

Xəbərlər
3 Fevral 2024 16:41
677
“Qalatasaray” rəsmisi “Qarabağ”ın oyununda: Kimi izləyir?

Türkiyənin “Qalatasaray” klubunun idman direktoru Cenk Ergün Azərbaycana gəlib.

İdman.biz xəbər verir ki, İstanbul təmsilçisinin rəsmisi Bakıda səfərdədir.

O, Azərbaycan Premyer Liqasının XXI turunun hazırda davam edən “Səbail” – “Qarabağ” matçını stadiondan izləyir. “ASCO Arena”dakı qarşılaşmada tribunada olan türkiyəlinin Ağdam klubunun bir neçə futbolçusunu izlədiyi iddia edilir.

Qeyd edək ki, ikinci hissəsi oynanılan matçda qonaqlar 2:1 hesabı ilə öndədir.

İdman.biz