AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.
İdman.Biz xəbər verir ki, buna komandalar arasında keçirilmiş Misli Premyer Liqasının səkkizinci turunda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün 5000 manat ziyana düşüb.
Bakı klubu fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000, beş futbolçu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Bundan əlavə, “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib. Buna onun stadiona kiçik zərər vurması səbəb olub. Dəymiş zərər yerində ödənilib.
Qeyd edək ki, Azərbaycan derbisi 3:3 hesabı ilə bitib.
