Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

20 Oktyabr 2026 17:01
111
Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Son günlər mətbuatda Naxçıvan şəhər stadionunun təmirə bağlanacağı ilə bağlı xəbərlər yayılıb.

Hətta “Araz-Naxçıvan” qısa zamanda doğma şəhərinə köçəcəyi bildirilir.

İdman.Biz apasport.az-a istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisinə bununla bağlı məlumat daxil olmayıb.

Buna səbəb stadionun klubun balansında olmamasıdır. Görülən işlərdən cavabdeh olan tərəf “Araz-Naxçıvan” deyil.

İşi görən tərəfin isə kluba məlumat verməklə bağlı öhdəliyi yoxdur. Bu səbəbdən təmir-tikinti işlərinin klubla əlaqəsi yoxdur.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirir.

İdman.Biz