Azər Bağırov Edqar Adilxanovla bağlı transfer xəbərini təkzib etdi

10 Oktyabr 2026 23:21
111
Azər Bağırov Edqar Adilxanovla bağlı transfer xəbərini təkzib etdi

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Edqar Adilxanovun Belçika klubundan təklif alması barədə yayılan xəbərləri təkzib edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının yeddinci turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra keçirilən mətbuat konfransında bu məlumatların əsassız olduğunu söyləyib:

“Belə bir şey yoxdur. Əgər olsaydı, klub bizə məlumat verərdi. Bu cür xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil. Bu, futbolçu üçün narahatlıq yaradır”.

Bağırov qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini də qeyd edib:

“Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bizi çətin matçın gözlədiyini bilirdik. Bəzi futbolçularımız U-21 millisində yaxşı çıxış etdilər. Oruc Məmmədov isə əsas millidə debüt etdi. Bəzi oyunçularımızın üzərinə əlavə yük düşmüşdü. Sevindirici haldır ki, bugünkü matçda mübarizə apardıq və bir xal qazandıq. Şadam ki, səfərdə keçirdiyimiz altı oyunun hamısından xalla ayrılmışıq. “Zirə”yə uğurlar arzulayıram”.

İdman.Biz