“Qarabağ”ın futbolçusu: “Əla futbol nümayiş etdirən Pedro geri qayıdacaq” - MÜSAHİBƏ

30 Sentyabr 2026 15:06
106
“Qarabağ”ın futbolçusu: “Əla futbol nümayiş etdirən Pedro geri qayıdacaq” - MÜSAHİBƏ

“Çox rəqabətli bir oyun gözləyirəm”.

Bunu “Qarabağ”ın futbolçusu Pedro Bikalyo fanat.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Qarabağ”ın bu mövsüm sərgilədiyi performans futbol ictimaiyyətinin gözlədiyi kimi deyil. Sizcə, səbəb nədir və yerli futbolsevərlər əvvəlki komandanı nə vaxt görəcək?

- Düşünürəm ki, hər oyunda bir komanda olaraq inkişaf edir, daha yaxşı olur və böyüyürük.

- Bu mövsüm Premyer Liqadakı rəqabət şəxsən sizi qane edirmi?

- Liqamızda səviyyə hər il yüksəlir. Bu, yaxşı haldır, çünki oyunların daha rəqabətli keçməsinə səbəb olur.

- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə “Qarabağ” üçün faydalı olacaqmı?

- Çox faydalıdır. Komandamızda çoxlu yeni oyunçu olduğu üçün bu müddət bir komanda kimi bir-birimizi daha yaxşı tanımağımız üçün yaxşı fürsətdir.

- Yeddinci turda “İmişli”nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsiniz?

- Çox rəqabətli bir oyun gözləyirəm. Keçən il onlara qarşı keçirdiyimiz bütün oyunlarda olduğu kimi.

- Komandanın əsas futbolçularından birisiniz. Bu mövsüm ortaya qoyduğunuz futboldan razısınız?

- Öz performansımdan razı deyiləm, çünki komandamızın Avropa turnirlərinə vəsiqə qazanmasına kömək edə bilmədim. Amma tam əminliklə deyə bilərəm ki, ötən mövsüm əla futbol nümayiş etdirən Pedro geri qayıdacaq!

İdman.Biz