“Leandronun transferi ilə bağlı heç bir klub bizə müraciət etməyib”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın meneceri Asif Əsgərov deyib.
Klub rəsmisi Rusiya mətbuatına açıqlamasında Ağdam təmsilçisinin kabo-verdeli yarımmüdafiəçisi Leandro Andradenin agenti Uqo Kadjudanın sözlərinə münasibət bildirib.
Agent 24 yaşlı futbolçunun “Krasnodar” və “Rubin”in maraq dairəsində olduğunu desə də, Əsgərov bildirib ki, “Qarabağ” rəsmi təklif almayıb: “Digər klubların bizim komandanın oyunçusunu izləməsi normal haldır. Əgər onlar Andradeni heyətinə qatmaq istəsə, bizə müraciət etməyə borcludurlar. Çünki onun “Qarabağ”la müqaviləsi var”.
Qeyd edək ki, Leandro cari mövsümün 33 matçında 10 qol və 9 assistə imza atıb.
İdman.biz
