“Xankəndi” futbolçu heyətinə qatıb

4 Sentyabr 2026 11:52
108
“Xankəndi” futbolçu heyətinə qatıb

Futbol üzrə Azərbaycanın Birinci Liqa təmsilçisi “Xankəndi” Musa Musazadəni heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Musa Musazadə ötən mövsüm “Difai”nin heyətində çıxış edib. O, 2025/2026 mövsümündə Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Xankəndi”yə qarşı keçirilən görüşdə “Difai”nin heyətində meydana çıxıb və komandasının 2:1 hesablı qələbəsində bir qol vurub.

Xatırladaq ki, “Xankəndi” daha əvvəl Səbuhi Qurbanov, Emmanuel Lourens, Kənan Baxışov, Nihad Tamazov və Kristian Kamta Foku heyətinə qatıb.

İdman.Biz