Azərbaycanın Birinci Liqa təmsilçisi “Baku Sportinq” heyətini Premyer Liqa təmsilçiləri “Neftçi” və “Sumqayıt”ın sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu adıçəkilən klublarla yanaşı, “İnter”, “Keşlə”, “Səbail” və “Mingəçevir”də də çıxış edib.
