“Sumqayıt” FK-nın Yay Futbol Düşərgəsinə start verilib

27 Avqust 2026 21:28
108
“Sumqayıt” FK-nın Yay Futbol Düşərgəsinə start verilib

“Sumqayıt” Futbol Klubunun ənənəvi Yay Futbol Düşərgəsinə start verilib.

İdman.Biz xəbər verir ki, klubun təşkil etdiyi layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Avqustun 27-də başlayan düşərgə 9 gün davam edəcək və 3 qrup üzrə təşkil olunacaq. Layihədə Sumqayıt şəhərində yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.

Qeyd edək ki, “Yay Futbol Düşərgəsi” layihəsi 2014-cü ildən təşkil edilir. Bu müddət ərzində 1200-dən çox məktəbli layihənin iştirakçısı olub.

İdman.Biz