“Qəbələ” baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayıra bilər.
İdman.Biz futbolpress.az saytına istinadən xəbər verir ki, mütəxəssis Misli Premyer Liqasının III turunda “Şamaxı” ilə matçda qələbə qazana bilməzsə, istefaya göndərilə bilər.
Gürcüstanlı məşqçi 2024-cü ildən “Qəbələ”yə rəhbərlik edir. Komanda həmin il aşağı liqaya düşsə də, sonradan çempion kimi elitaya qayıdıb. Bölgə təmsilçisi ötən mövsüm pley-off uğrunda oyunda “Mingəçevir”i məğlub edərək Premyer Liqada qalmışdı.
“Qəbələ” bu il keçirdiyi iki matçda da 0:1 hesabıyla uduzub. Komanda əvvəlcə “Turan Tovuz”, sonra “Şəfa”ya məğlub olub.
