Quba Olimpiya İdman Kompleksində təşkil olunan III “Ulduz Cup” beynəlxalq futbol turnirinin başa çatmasından sonra gənclər və idman naziri Fərid Qayıbov turnirin əhəmiyyəti barədə danışıb.
İdman.Biz xəbər verir ki, nazir belə yarışların Azərbaycan futbolunun inkişafı baxımından mühüm rol oynadığını bildirib:
“Belə yarışlar Azərbaycan futbolu üçün çox əhəmiyyətlidir. İlk dəfə deyil ki, burada iştirak edirik. Artıq bu yarışlar ənənəvi xarakter daşıyır. Sevindirici haldır ki, bir çox ölkələrdən komandalar gəlir. Elə komandalar var ki, hər il bu yarışa qoşulurlar. Yeni komandalar da var. Polşadan gələn komanda hətta qalib oldu. Buradan təşkilatçıları təbrik edir və onlara təşəkkür edirəm.
Təbii ki, bu yarış uşaqlar üçün də böyük stimuldur. Azərbaycan komandaları müxtəlif ölkələrdən gələn komandalarla oynayırlar. Biz bu yaş kateqoriyasında komandaların səviyyəsini görürük. Bu, həm inkişaf, həm də təcrübədir. İnanırıq ki, gələcəkdə bu uşaqlardan milli komandada və böyüklər arasında çıxış edən futbolçular görəcəyik.
Biz qərara gəldik ki, hələlik bu yaş qrupunda qalaq. Hər dəfə eyni yaş qrupundan olan uşaqlar iştirak edir. Çalışacağıq ki, gələcəkdə bir neçə yaş qrupunu da yarışa cəlb edək.
Bu yarışın Qubada keçirilməsi də bizim üçün çox əhəmiyyətlidir. Turnirin paytaxtda deyil, bölgədə təşkili sevindirici haldır. Gələcəkdə başqa rayonlarda da belə yarışların keçirilməsi nəzərdə tutulur.
İdman akademiyalarımız inkişaf edir, yaxşı rəqabət var. Bu rəqabətin nəticəsidir ki, bizdə də futbolçular yetişməyə başlayıb”.
@idman.biz Fərid Qayıbov: "Bu yarışlar Azərbaycan futbolu üçün çox əhəmiyyətlidir" Qubada keçirilən Üçüncü "Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb. Quba Olimpiya İdman Kompleksində keçirilən Üçüncü "Ulduz Cup" beynəlxalq futbol turnirinə yekun vurulub. İdman.Biz xəbər verir ki, turnirin başa çatmasından sonra gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyəti barədə danışıb.
♬ Idman və Biz - orijinal ses - Idman və Biz
Araz Xəlilli
