Yeni mövsüm üçün iddialı heyət qurmağa çalışan “Turan Tovuz” futbol klubu hücumçu axtarışındadır.
İdman.Biz futbolpress.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi bu mövqeyə yeni oyunçu cəlb etmək istəyir.
Bir müddətdir axtarışlarını davam etdirən Qərb klubu bu həftə forvard transferini tamamlamaq niyyətindədir.
Hazırda komandada hücum xəttində İbrahima Vadji və Joarlem Santos var. Vadji zədəlidir və qarşıdakı bir neçə oyunu buraxacaq. Jo isə hücumda rəqabətsizdir və hələlik istənilən effekti verə bilmir.
“Turan Tovuz” Misli Premyer Liqasında iki turdan sonra dörd xal toplayıb. Kurban Berdıyevin yetirmələri “Şamaxı” ilə heç-heçə edib (0:0), “Qəbələ”yə isə minimal hesabla (1:0) qalib gəlib.
