“Qarabağ” futbol klubunun transfer siyahısında olduğu bildirilən “CSKA Sofiya”nın yarımmüdafiəçisi Ceyms Eto’onun mümkün keçidi ilə bağlı yeni məlumat yayılıb.
İdman.Biz Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, futbolçunun çıxış etdiyi “CSKA Sofiya” onun transferindən ən azı 2 milyon avro (təxminən 3,94 milyon manat) qazanmaq niyyətindədir.
Sofiya klubu danışıqlar zamanı daha yüksək məbləğ də tələb edə bilər. Buna səbəb CSKA-nın futbolçu ilə müqaviləni 2029-cu ilin yayına qədər uzatmasıdır.
Məlumata görə, “Qarabağ” kamerunlu yarımmüdafiəçiyə ciddi maraq göstərir. 25 yaşlı Eto’o 2024-cü ilin sentyabrından CSKA-nın formasını geyinir.
Maraqlıdır ki, Eto’o yaxın vaxtlarda “Qarabağ”a qarşı keçirilən UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirib.
Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb. Sofiyadakı cavab matçında da əsas və əlavə vaxtda qol olmayıb. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn CSKA növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Eto’o 2026/27 mövsümündə CSKA-nın heyətində həm daxili çempionatda, həm də Avropa Liqasında çıxış edir.
