2026/2027 mövsümünə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” futbol komandası ilk yoxlama oyununda qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Cümhuriyyətinin TOL klubunu 1:0 hesabı ilə məğlub edib.
Oyunda yeganə qolu Rubin Seyidov vurub.
Qeyd edək ki, “Səbail” Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək. Rəqib hələ dəqiqləşməyib.
