“Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo” (Kiyev) ilə qarşılaşmada yaxşı nəticə qazanmağa çalışacaq”.
İdman.Biz xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçiriləcək görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsini də təbrik edib:
“Sabah”ı təbrik edirəm. Yaxşı oyun göstərib qalib gəldilər. Çox böyük uğurdur. Bizə gəldikdə, pis hazırlaşmamışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular əllərindən gələnin ən yaxşısını edəcəklər”.
Qeyd edək ki, “Qarabağ” və “Dinamo” arasında ilk oyun Polşada keçirilib və Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Komandalar arasındakı cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.
