“Zaqatala”nın baş məşqçisi postunu tərk etdi

27 İyul 2026 11:41
134
“Zaqatala”nın baş məşqçisi postunu tərk etdi

Azərbaycan Birinci Liqasında çıxış edən “Zaqatala” futbol klubu baş məşqçi Rüstəm Məmmədovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rüstəm Məmmədov bildirib ki, klub rəhbərliyi ona yeni müqavilə təklif etsə də, bu təklifi qəbul etməyib. O, karyerasında yeni mərhələyə başlamaq qərarına gəldiyini qeyd edib.

Qeyd edək ki, Rüstəm Məmmədov son doqquz il ərzində “Zaqatala” klubunda fəaliyyət göstərib.

İdman.Biz