Yığmamızın futbolçusu Super Liqanı 1-ci Liqaya dəyişib

18 Yanvar 2024 17:06
601
Yığmamızın futbolçusu Super Liqanı 1-ci Liqaya dəyişib

Azərbaycan millisinin futbolçusu Kamilla Məmmədovanın Türkiyədə klubunu dəyişib.

Futbolçunun İdman.bizə verdiyi məlumata görə, o, bundan sonra “Şırnak Belediyegücü”nün formasını geyinəcək.

27 yaşlı müdafiəçi 1-ci Liqa təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Məmmədova bundan əvvəl Super Liqada çıxış edən “Asya Spor Kulübü”nün şərəfini qoruyub.

Emin Ağa
İdman.biz