“Kəpəz” futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Ehtiram Şahverdiyev ötən mövsüm “Kəpəz”də 32 oyunda bir qola imza atıb.
