“Fakel”in baş məşqçisi: “Səbail”lə matçın ikinci hissəsində gənclərə şans verdik”

16 Yanvar 2024 09:46
490
“Fakel”in baş məşqçisi: “Səbail”lə matçın ikinci hissəsində gənclərə şans verdik”

“Səbail”ə qalib gəldik. Hər qələbə müsbət haldır. Bu, yaxşı əhval-ruhiyyə, özünəinam verir”.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın “Fakel” klubunun baş məşqçisi Sergey Taşuyev deyib.

Təcrübəli mütəxəssis “Səbail”lə Antalyada keçirilən yoxlama oyunu barədə fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: “Əgər nəticəyə fikir vermədən bütün matçlarda uduzsaq, əhval-ruhiyyə heç də hamıda yaxşı olmayacaq. Burada qalib psixologiyası, güclü olmaq hissi formalaşır. Buna görə də qalib gəlmək vacib idi. “Səbail”lə qarşılaşma Antalyada ilk sınağımız oldu. Səhv etmirəmsə, bu, Rusiya Premyer Liqası klublarının bu qış ilk beynəlxalq oyunu idi. Bir həftədir məşq edirdik, futbolçulara enerjini çıxarmaq imkanı verməliydik. Matçlar arası tsikl çox böyük olmamalııdır. Bir həftə maksimal müddətdir. Daha iki görüşümüz olacaq”.

Taşuyev “Səbail”lə matçdakı heyətə də toxunub: “İlk hissədə mövsümdə güvəndiyimiz heyət oynadı. Fasilədən sonra gənclərə şans verdik. Onlarla birlikdə təcrübəlilər də var idi. Məlumat xarakterli oyun oldu. Mübarizə aparmağımız, döyüşməyimiz xoşuma gəldi. Səhvlər çox idi. Nəticə kifayət qədər vacib olsa da, oyun o qədər yaxşı deyildi. Lakin hazırlığa bir həftədir başlamışıq. Meydanda yetərincə emosiya var idi. Oyunu analiz edəcəyik. Başa düşürəm ki, ilk matçdır. Gənclər ikinci hissədə pis oynamadı, sevindirdilər. İşimizə davam edəcəyik”.

Qeyd edək ki, Türkiyədə təşkil olunan matçda Rusiya klubu 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Məqalədə: