“Kəpəz” FK bombardir hücumçu ilə anlaşıb

6 İyul 2026 09:43
95
“Kəpəz” FK bombardir hücumçu ilə anlaşıb

Yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” heyətinə legioner futbolçu qatır.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi ötən mövsümü “Mingəçevir”də keçirən Kennet Kalunqa ilə razılıq əldə edib.

Zambiyalı hücumçu artıq komandanın məşqlərinə də qoşulub.

29 yaşlı forvard ötən mövsüm Birinci Liqada keçirdiyi oyunlarda 15 qola imza atıb. O, bombardirlər siyahısında ikinci yeri tutaraq çempionatın ən məhsuldar hücumçularından biri olub.

“Kəpəz”in bu keçidi yaxın zamanda açıqlayacağı gözlənilir.

İdman.Biz