“Qarabağ” klubu macarıstanlı futbolçu Bence Varkonyinin transferini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
“Zalaeqerseq” komandasından heyətə cəlb olunan 24 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinin detalları hələlik bəlli deyil.
Qeyd edək ki, Bence Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib.
