Ötən mövsüm yekunlarına görə, elita ilə vidalaşan “Karvan-Yevlax” futbolçusu ilə yollarını ayırıb.
Bu barədə komandanın qapıçısı Kamran İbrahimov açıqlama verib.
27 yaşlı qolkiper Yevlax təmsilçisi ilə vidalaşdığını təsdiqləyib. O, hazırda gələcək karyerası ilə bağlı müxtəlif variantları dəyərləndirdiyini bildirib.
“Təkliflər üzərində düşünürəm. Hələlik Premyer Liqa klublarından rəsmi təklif almamışam. Yaxın günlərdə gələcəyimlə bağlı yekun qərarımı verəcəm”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Kamran İbrahimov 2024-cü ilin yayından “Karvan-Yevlax”ın formasını geyinirdi.
