Coşqunun ötürməsi “Ümraniyəspor”u məğlubiyyətdən xilas edib

Xəbərlər
14 Yanvar 2024 22:06
176
Coşqunun ötürməsi “Ümraniyəspor”u məğlubiyyətdən xilas edib

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev 2024-cü ildə ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Ümraniyəspor” öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.

Türkiyə 1-ci Liqasının 18-ci turuna təsadüf edən matçda qalib müəyyənləşməyib. Komandalar hərəyə bir dəfə fərqləniblər. Məğlub vəziyyətə düşən “Ümraniyəspor” Diniyevin ötürməsi sayəsində məğlubiyyətdən qaça bilib. Eser dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Qeyd edək ki, son 5 oyunda uduzmayan Ümraniyə klubu 23 xalla 9-cu pilləyə yüksəlib. Azərbaycanlı futbolçunun komandası növbəti turda liderlər qrupunda yer alan “Göztəpə” ilə üz-üzə gələcək.

İdman.biz