“Qarabağ” futbol klubu Kevin Medina ilə yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kevin Medinanın Asiya klublarından biri ilə anlaşdığı iddia olunur. 33 yaşlı kolumbiyalı müdafiəçi 2020-ci ildən Ağdam təmsilçisinin müdafiə xəttində əsas fiqurlardan biri kimi çıxış edib.
