“Turan Tovuz” Filip Ozobiçlə yollarını ayırıb.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.
“Premyer Liqada 2025/2026-cı illər mövsümündə komandamızın heyətində 27 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu ilə müqavilə müddəti başa çatıb.
Filip Ozobiçə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, şəxsi həyatında və gələcək karyerasında uğurlar arzulayırıq”, - klubun məlumatında deyilir.
Serbiyalı Filip Ozobiçin 35 yaşı var.
