“Zirə” futbolçusu ilə müqaviləsini yeniləyib

9 İyun 2026 17:29
110
“Zirə” futbolçusu ilə müqaviləsini yeniləyib

Mövsümün sonunda “Zirə” ilə müqaviləsi başa çatan Davit Volkovun komandadakı taleyinə aydınlıq gəlib.

İdman.Biz sportlife.az-a istinadən xəbər verir ki, gürcüstanlı futbolçu karyerasını qəsəbə təmsilçisində davam etdirəcək.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və 31 yaşlı forvard komandada qalmağa razılıq verib. Onunla bir illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Davit Volkov 2024-cü ildən “Zirə”də çıxış edir. O, 2020-2022-ci illərdə də “qartallar”ın şərəfini qoruyub.

İdman.Biz