“Sabah”ın yay təlim-məşq toplanışı üçün planı müəyyənləşib

5 İyun 2026 14:21
102
“Sabah”ın yay təlim-məşq toplanışı üçün planı müəyyənləşib

“Sabah” Futbol Klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Qeyd edək ki, hazırlıq çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İdman.Biz