“Kəpəz” müdafiəçisinə yeni müqavilə təklif etdi

4 May 2026 17:37
141
“Kəpəz” müdafiəçisinə yeni müqavilə təklif etdi

“Kəpəz” müdafiəçisi Rauf Hüseynlini komandada saxlamaq niyyətindədir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun cari mövsümdəki çıxışı rəhbərliyi və baş məşqçi Azər Bağırovu qane edir.

Buna görə də, ona yeni müqavilə təklifi edilib.

Qeyd edək ki, R.Hüseynli bu mövsüm “Kəpəz”in heyətində 21 oyuna çıxıb və 5 dəfə fərqlənməyi bacarıb.

İdman.Biz