“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayevin məşqlərə nə vaxt başlayacağı bilinmir.
İdman.Biz xəbər verir ki, “sarı-göylər”in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib ki, futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ məlum deyil.
“Veysəl Rzayev hələ ki, komandanın düşərgəsinə qoşula bilməyib. Həkimi ilə söhbətdən sonra onun yüngül məşqlərə başlaya biləcəyi tarix müəyyənləşəcək. Bir müddət əvvəl bizə futbolçunun martın sonu fərdi məşqlərə başlayacağı bildirilmişdi. Lakin bu alınmadı”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncə şəhərində baş verən insident zamanı bıçaqlanmışdı.
