Asif Əsgərov Andrey Lunyovla bağlı məsələyə aydınlıq gətirib

Xəbərlər
29 Dekabr 2023 13:27
411
Asif Əsgərov Andrey Lunyovla bağlı məsələyə aydınlıq gətirib

“Qarabağ”ın baş meneceri Asif Əsgərov “Qarabağ”ın qapıçısı Andrey Lunyovun adının Rusiya klubları ilə çəkilməsinə aydınlıq gətirib.

İdman.biz “sport-express”ə istinadən xəbər verir ki, klub rəsmisi qolkiperlə bağlı heç bir rəsmi təklif almadıqlarını deyib.

O, həmçinin təklif olarsa belə rusiyalını satmaq fikrində olmadıqlarını bildirib.

Lunyov 2023-cü ilin avqustundan "Qarabağ"da çıxış edir. Qapıçı komandanın heyətində bütün turnirlərdə 15 oyun keçirib. Onun "Qarabağ"la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir və müqavilədə daha bir il uzadılması maddəsi var.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “İnKazan” saytı “Rubin” və “Rostov”un 32 yaşlı futbolçusunun xidmətində maraqlı olduğunu yazıb.

İdman.biz