Arif Əsədova görə ilin ən yaxşı futbolçusu və baş məşqçisi

Xəbərlər
26 Dekabr 2023 17:27
200
Arif Əsədova görə ilin ən yaxşı futbolçusu və baş məşqçisi

Azərbaycan millisinin məşqçisi Arif Əsədov ilin ən yaxşı futbolçusu və baş məşqçisinin adını açıqlayıb.

Təcrübəli mütəxəssis İdman.bizə Bəhlul Mustafazadəni ən yaxşı oyunçu hesab etdiyini deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi 26 yaşlı müdafiəçin həm millidə, həm də “Qarabağ” komandasında stabil oyun nümayiş etdirib: “Bəhlul “Qarabağ”ın Avropa Liqasının pley-offuna düşməsində həlledici qol da vurub. Onun müdafiəçi kimi hücuma qoşulması alqışalayiqdir. Mustafazadə istər öz mövqeyində, istərsə də hücumda keyfiyyətli oynadı. Xüsusilə də il ərzində standart vəziyyətlərdə inamlı təsir bağışdı”.

O, ilin ən yaxşı baş məşqçisi isə Qurban Qurbanovu hesab edir: “Azərbaycanın futbolunda yeni tarix yazdılar. Bunla yanaşı, komandası çempion oldu".

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: