"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”u mübarizədən kənarlaşdıracaqlarına inanır.
İdman.Biz xəbər verir ki, bunu Gəncə təmsilçisinin çalışdırıcısı Tovuz kollektivi ilə keçirdikləri ilk matçdan sonra mətbuat konfransında deyib.
Matç 1:0 hesabı ilə Gəncə təmsilçisinin xeyrinə qurtarıb.
Baş məşqçi məğlub olduqları qarşılaşmanı şərh edib.
“Bu mərhələnin ilk oyununu keçirdik. Maraqlı qarşılaşmaya şahidlik etdik. Futbolçularımız komanda olaraq yaxşı mübarizə apardılar. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Oyunçularıma təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçuya şans vermişdik. Bunun özünü bizim üçün yeni çağırış hesab etmək olar. İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf “Kəpəz” olacaq”, - Bağırov bildirib.
Qeyd edək ki, tərəflər arasında 1/4 final mərhələsinin cavab matçı martın əvvəlində baş tutacaq.
